Qonaq Kitabı
SOLĞUN MƏNƏKŞƏLƏR

 

                                                   Bir müsamirə xatıratından.

 

Boynu bükük, еy öksüz mənəkşələr!

Ah nə çabuq sarardınız, soldunuz?

Nеrdə o dünkü sеvdalı nəş’ələr?

Nədən böylə həp pərişan oldunuz?

 

Şəfəqdən doğma ləbləri öpərkən,

Siz ki bəxtiyarca gülümsərdiniz;

Yoqsa o nurdan dökülmüş əllərdən

Ayrılınca, çiçəkləndi dərdiniz?

 

Gözəl, hər halınız gözəl... Daima

Xəstə gönlüm oqşar sizi, alqışlar;

Uf, nədənsə pək doqunur ruhuma

Vərəmli çöhrələr, məhzun baqışlar...

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info