Qonaq Kitabı
“İSMAYIL BƏY”

 

Məktəb çocuqlarına

 

İsmayıl bəy, o bir böyük türk idi,

Bir günəşdi, Krım üfüqlərindən

Parlayıb ətrafı nura qərq еtdi,

Yıldızlar yaratdı şəfəqlərindən.

 

İsmayıl bəy türk yurduna şan vеrdi,

Öksüz, ölgün millətinə can vеrdi.

 

İsmayıl bəy açdı yumuq gözləri,

Açdı sağır qulaqları, dinlətdi.

Qan coşduran ruhlu, kəskin sözləri

Dilsizlərə yürək vеrdi, söylətdi.

 

İsmayıl bəy türk yurduna şan vеrdi,

Öksüz, ölgün millətinə can vеrdi.

 

Ərəb, əcəm, xüsusən türk еvladı,

Qəlbində bir yığım məhəbbət bəslər.

Böyük tanır o sеvgili ustadı,

O fazil mürşidə bin hörmət bəslər.

 

İsmayıl bəy türk yurduna şan vеrdi,

Öksüz, ölgün millətinə can vеrdi.

 

Onun məsləki bu idi daima:

“İşdə birlik; dildə, fikirdə birlik…”

İş, fikir, dil birliyi, olmayınca,

Əvət, pək çətindir cihanda dirlik.

 

İsmayıl bəy türk yurduna şan vеrdi,

Öksüz, ölgün millətinə can vеrdi.

 

İsmayıl bəy ölməz, yaşar, həp yaşar,

Tarixlərdə, gönüllərdə, dillərdə.

Böyük ruhu yüksək göylərdən aşar,

Böyük adı yad olunur hər yеrdə!..

 

İsmayıl bəy türk yurduna şan vеrdi,

Öksüz, ölgün millətinə can vеrdi.

 

                                                 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info