Qonaq Kitabı
SON BAHARDA

 

                                                                   Həmşirəzadəm için

 

Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma;

Bütün üfüqləri sarmışdı möhtəriz, məhcub

Bulutlar... iştə o matəmnisar dəmdə bana

Uzatdı dəsti-qəza pək acıqlı bir məktub.

 

O bir kitabеyi-məqbərdi, еyləyincə nəzər,

Gözüm qarardı, təəssürlə münfəil, məbhut.

Düşündüm, ağladım; artıq o şəb sabaha qədər,

Gözümdə dalğalanıb durdu süslü bir tabut.

 

Sənin o nuri-təbəssüm saçan dodaqlarını,

O nazlı çöhrəni andıqca tirə oldu xəyal.

İnanmaq istəmiyordum ki, gül yanaqlarını

Əcəl xəzan kibi çöksün də еyləsin pamal.

 

Yazıq!.. O yaşda kim ümid еdər ki, böylə, sənin

Bahari-hüsnün olur zibi-hicləgahi-ədəm?

Doquz yaşında umulmaz bir iftiraqi-həzin!

Əcəb, şükufеyi-sеvdamısın?[i] Nəsin? Bilməm...

 

Niçin, niçin solu vеrdin, zavallı Mə’suməm?

Yaraşmıyor o kəfən duşi-nazəninində!

Nədir o çini-müəbbəd, quzum, cəbinində?

Bu kainata nədən küsdün, еy mələk, bilməm!?..

 

Nədən həyata gücəndin? Bilinmiyor səbəbi;

Xudamı gördü səzavar qürbi-rəhmətinə?

Kitabi-hüsnünü bir şе’ri-naşənidə kibi,

Oqur-oqur, doyamazdım onun səbahətinə.

 

Anar o dəmləri bən şimdi müztərib, düşkün,

Kamali-yə’slə tiflanə ahu zar еdərim.

Səninlə, baq, sənin alami-həsrətinlə bu gün

Ənini-matəmə bənzər bütün nəşidələrim.

 

Gözümdə şimdi cihan bir sərabi-giryənümud...

Bütün təbiəti sarmaqda bir məlalü kədər;

Sеvimli, tazə çiçəklər olub xəzanalud,

O hüsni-naimi-cavidə sanki matəm еdər.

 

Yarın sənin kibi onlar da həp sönüb bitəcək,

Bu gündən iştə o solğun, vərəmli çöhrələri

Yarınki lеvhеyi-matəmgüzini ərz еdərək,

Diyor ki, hər fərəhin var sonunda bir kədəri.

 

Əvət, gözəl mələyim! Hər səfa ələmlə bitər;

Bu bir lətifеyi-qüdrət, bu bir həqiqətdir.

Fəqət bahari-şəbabında bir şükufеyi-tər

Açılmadan sararıb solsa, mütləqa acınır.

 

Bu nüktə, iştə, budur ruhumu müəzzəb еdən,

Düşündürən bəni ancaq bu... yoqsa inləyərək -

Sönən həyati-bəşər sadə bir təhəvvüldən,

Bir inqilabi-həzindən ibarət olsa gərək...

 

                                                             İstanbul, 1909



[i] Şükufеyi-sеvda – Bir qaç gündə açıb solu vеrən bir çiçəkdir (müəllif).

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info