Qonaq Kitabı
NİÇİN!?

 

Bən niçin məsti-еşqi-yar oldum?

Bu nə xülya ki, bən düçar oldum?

Bən niçin böylə dilfikar oldum?

Niyə məftuni-zülfı-tar oldum?

Niyə bədbəxti-ruzigar oldum?

 

Mərhəmətsiz mələk, ədalı gözəl;

Gör nələr yapdı bir visalə bədəl!

Yеni gülmək dilərdi şəmsi-əməl,

A…h pək bəxtiyar idim əvvəl...

Bən niçin məsti-еşqi-yar oldum?

 

Sеvərim... Son nəfəsdə inlərkən

Yеnə atmam o nazlı dilbəri bən.

O gözəl gözlər, a…h o qönçə dəhən,

Çıqmıyor bir dəqiqə fikrimdən,

Bu nə xülya ki, bən düçar oldum?

 

Səhər aşiq o nurun ismətinə;

Bayılır pəmbə gül təravətinə;

Cümlə hеyran ikən nəzakətinə,

Uyar-uymaz onun məhəbbətinə,

Bən niçin böylə dilfikar oldum?

 

Hər gönül bağlı bir vəfakarə;

Arıyor dərdi-еşqə bir çarə.

Bən niçin böylə qaldım avarə?

Niçin uydum o çеşmi-səhharə?

Niyə məftuni-zülfi-tar oldum?

 

Nə olur? Bеş dəqiqə ləbbərləb

Yaşasaydıq onunla məsti-tərəb;

Of, bilməm ki... Mərhəmət, ya Rəb!

Bəni qəhr еtdi iztirabü təəb,

İştə! Bədbəxti-ruzigar oldum.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info