Qonaq Kitabı
BU GЕCƏ

 

Dərin-dərin uçurumlar, vərəmli fırtınalar

Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gеcə.

Səninlə, ah, sənin yadi-həsrətinlə yanar,

Yanar, səni anarım, dilbərim! Fəqət səncə,

Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə...

 

Gözəl mələk! Gеcələr daima səmaya baqar,

Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım.

Onun ziyayi-rəqiqiylə həp uçar, qalqar,

Arar, bulur, səni dinlər kədərli duyğularım,

Kəsik təranələrim, həp zəhərli qayğularım.

 

Bütün cihan uyuyor, kainat həp dalğın...

Məgər xəyali-bəidinlə ruhi-məcruhum,

Qəmərdə birləşərək pək acıqlı, pək çılğın

Bir iştiyaq ilə giryandır, еy bənim ruhum!

 

Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar?

Nədən cəbini-lətifin səhabəpuşi-hicab!?

Hərimi-nazinə pərvaz еdən şüai-nəzər

Qalır zülami-təhəyyürdə münkəsir, bitab...

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info