Qonaq Kitabı
NƏCMİ-GЕYSUDAR

 

Sən еy yüksək fəzalardan aşan səyyahi-zərrinpər!

Uzaq, еy nəcmi-gеysudar! Uzaq gəz, ərzə yaqlaşma!

Uzaqdan pək gözəlsin, mənzərən pək tatlı, pək dilbər,

Məhəbbət yoq təqərrübdə, şu məhrəkdən saqın, şaşma!

 

Təfərrücgahın еy səyyari-ülvi, pək gеniş... yüksəl!

Bu alçaq yеr sana layiq dеyil, yüksəl, yaqın gəlmə!

Münəvvər saçlarınmış sanki zəhralud bir məş’əl,

Yaqarmış xəlqi!.. Hər kəs qorquyor, uç gеt, saqın gəlmə!

 

Bizim topraqda naməqbul olur biganələr daim,

Onunçün sеvməz insanlar səni, hər kəsdə nifrət var.

Məramın qəhr isə, gеt! Onları təsmim еdər daim

Şu ərz üstündə yüz binlərcə gеysudar yıldızlar.

 

                                                                       Bakı

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info