Qonaq Kitabı
Möhrüm əlimdə var şəhi-sahib-bəratdən

Möhrüm əlimdə var şəhi-sahib-bəratdən,

Bax bir nəzər ki, had ola könlüm həyatdən.

 

Mövla yolunda tutiyə şəkkər əsirgəmə,

Allam əgər gətirməli olsan Heratdən.

 

Kəşkulümü nəbatilə doldur ki, ta deyim,

Boş olmasın məzaqü dəmağın nəbatdən.

 

Tanrı sənə nəsib eləsin abi-kövsəri,

O bir sudur ki, ölməz içən ol qənatdən.

 

Məcnuni-binəvanı ayaq üstə saxlama,

Bu şahi-eşqbazı xilas eylə matdən.

 

Ta ölməyincə, fikr edəsən, əl çəkim, gedim,

Tari bilir ki, yoxdu hərasım məmatdən.

 

Aləm bilir ki, mən yeyirəm müttəssil nəbat,

Əl çəkmişəm o sən yeyən abü nəbatdən.

 

İmanü küfrdən dəxi, mən olmuşam bəri,

Mən keçmişəm pərəstişi-Latü Mənatdən.

 

Məcnun deyillə adıma, amma Nəbatiyəm,

Daim işimdi, kam alıram mən nəbatdən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info