Qonaq Kitabı
Ta ki, oldum aşinə ol rindi-sufirəngə mən

Ta ki, oldum aşinə ol rindi-sufirəngə mən,

Badə verdim əqlimi, düşdüm xəyali-bəngə mən.

 

Tutmuyum vəhşi kimi səhradə məskən, neyləyim,

Aşiqəm bir dilbəri-əyyarü şuxü şəngə mən.

 

Bundan öncə hər cəfa qıldın – təhəmmül eylədim,

Indi rəhm et, gəlmişəm hicran əlindən təngə mən.

 

Rəhm qıl, insafə gəl, ahım şərarından saqın,

Tutiya tək nərm olur, salsam nəfəs, gər, səngə mən.

 

Satmışam mən baği-rizvani, Nəbati, bir cövə,

Bu cahan mülkün sərasər almanam bir dangə mən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info