Qonaq Kitabı
Sənsən genə bu Turi-dili nuri-nar edən

Sənsən genə bu Turi-dili nuri-nar edən,

Sənsən genə bu Xançobanı məsti-yar edən.

 

Sənsən genə bu qönçələrə rəngü bu verən,

Sənsən genə bu gülşəni rəşki-bahar edən.

 

Sənsən genə bu canimə müjgan oxun atan,

Sənsən genə bu könlüm evin tarü mar edən.

 

Sənsən genə bu acizi divanə eyləyən,

Sənsən genə məni el-ulusdan kənar edən.

 

Sənsən genə bu sineyi-suzanə od salan,

Sənsən genə məni güdazə qoyub dağidar edən.

 

Sənsən genə o nakəs ilə həmqərin olan,

Sənsən genə bu bikəsi giryanü zar edən.

 

Sənsən genə rəqib ilə həmduş olub duran,

Sənsən genə bu canimi məcruhü xar edən.

 

Sənsən genə niqab tutub, gizlənib keçən,

Sənsən mənə bu bir nəzəri zəhrimar edən.

 

Çoxlar sənə firib verib aşiqəm deyir,

Olmaz sənə Nəbati kimi can nisar edən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info