Qonaq Kitabı
Kimdir o silsileyi-eşqə giriftar olsun

Kimdir o silsileyi-eşqə giriftar olsun,

Ta ki, keyfiyyəti-Məcnuna xəbərdar olsun?

 

Cənnətin hurü qüsuru sənin olsun, zahid,

Vəsəqi söyləmə, qoy dust mənə yar olsun.

 

Pərü balinə dəyən aşiqi-biçarələrin,

Görüm evdən eşiyə çıxmaq ona ar olsun!

 

O pəri-çöhrə ki, daim məni bimar istər,

Tarıdan istəmişəm bir də o bimar olsun.

 

Nə duadır elədin yarə, Nəbati, bir utan,

Rəsmdir aşiq olan gözdə gərək xar olsun.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info