Qonaq Kitabı
Bəs ki, bu üzdəniraqlar ilə yoldaş oldum

Bəs ki, bu üzdəniraqlar ilə yoldaş oldum,

Şərbəti-qənd ikən şireyi-xaşxaş oldum.

 

O mələk-mənzərə aşüftəvü heyran olanı,

Səgi-şəbgərd kimi dideyi-xəffaş oldum.

 

Əhrimən tək neçə yol eşq büsatın yığdım,

Genə fərmani-Süleyman ilə fərraş oldum.

 

Istədim ta ki, olam lə’li-ləbin sərrafı,

Eşq biçizi olub qızlara beşdaş oldum.

 

Canü dil verdi Nəbati sənə, dəxi nəyi var?

Demə, billah ki, əcəb aşiqi-qəllaş oldum.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info