Qonaq Kitabı
Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım

Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım,

Pozuldu rövnəqim, dağıldı ev, pərkarsız qaldım.

 

Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar?

Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım!

 

Diriğa, bilmədim qədrin mən ol yari-vəfadarın!

Əcayib səxt-canəm, yarsız mən arsiz qaldım?!

 

Qəmi-hicranə yandırdın məni, ey çərxi-dun, bəsdir!

Rəhim isminə Allahın deyim iqrarsız qaldım.

 

Nəbati, tövbə qıl, imanə gəl, əfsanə danışma,

Nola bir yol desən kim, ya Əli, mən yarsız qaldım.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info