Qonaq Kitabı
Görəsən mən niyə, yarəb, belə nalan oldum?

Görəsən mən niyə, yarəb, belə nalan oldum?

Qələt etdim ki, sənə valehü heyran oldum!

 

Oda yaxdın məni-biçarəni pərvanə kimi,

Acığın gəldi məgər aşiqi-insan oldum?

 

Sudü sərmayəmi məcmu’ əlimdən aldın,

Niyə kim, zahid olub məscidə dərban oldum.

 

Şeyx Sən’an kimi boynuma saldım zünnar,

Indi gəl, gör ki, kəlisalərə rəhban oldum.

 

Etdim ol dilbəri-tərsayə bu gün bir səcdə,

İndi bildim ki, yəqin mən də müsəlman oldum.

 

Lilləhülhəmd ki, mən küfrdə bildim iyman,

Gəldim iymanə, nə hasil ki, pəşiman oldum.

 

Gəl, Nəbati, dolanım başına, bəh-bəh, nə gözəl!

Can verib yarə, vəfa rahinə qurban oldum.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info