Qonaq Kitabı
Düşəli eşqə xarü zar oldum

Düşəli eşqə xarü zar oldum,

Şəm’ tək dudi-ahə yar oldum.

 

Yandırıb xirqəni, ridanı tamam,

Şeyx Sən’anə nəngü ar oldum.

 

Dedilər adımı Xərabati,

Xəlqə bir küfri-aşikar oldum.

 

Təngə gətdi məni məlamətlər,

Sakini-dəştü kuhsar oldum.

 

Dərdi-hicranə tapmadım çarə,

Künci-vəhdətdə bərqərar oldum.

 

Eylədim malü dövləti bir-pust,

Nə əcəb şahi-tacidar oldum!

 

Çün Nəbati unutdu dünyanı,

Mən də bu xəlqdən kənar oldum.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info