Qonaq Kitabı
Gəldi bir şux genə yanıma göyçək-göyçək

Gəldi bir şux genə yanıma göyçək-göyçək,

Vurdu bir tiği-cəfa canıma göyçək-göyçək.

 

Lalə rüxsarın edib xuni-dilimdən gülgun,

Boyadı əllərini qanıma göyçək-göyçək.

 

Parə-parə ciyərim şişə çəkib etdi kəbab,

Dikdi göz dideyi-giryanıma göyçək-göyçək.

 

Heyf ki, olmadı bu aşiqə bir canı yanan,

Deyə bir dərdimi cananıma göyçək-göyçək.

 

Pənah Allaha – deyib, qəhrü qəzəbdən yuma göz,

Edə bir ərzimi sultanıma göyçək-göyçək.

 

Ta ki, pərvanə kimi şövq ilə bu canı fəda,

Edim ol şəm’i-şəbüstanıma göyçək-göyçək?

 

Olu, yarəb, görəsən bir gecə ol valiyi-Misr

Gələ bu külbeyi-əhzanıma göyçək-göyçək.

 

Var ümidim ki, qələm əhli cavan oğlanlar

Yazalar bu sözü divanıma göyçək-göyçək.

 

Qəm yeməz dəxi Nəbati kimi, ol şahi-cahan

Basa bir möhrünü fərmanıma göyçək-göyçək.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info