Qonaq Kitabı
Böylə cəllad olmaz ol məstanə cadulər kimi

Böylə cəllad olmaz ol məstanə cadulər kimi,

İçmək istər aşiqin qanın şirin sulər kimi.

 

Gəbrü tərsani deyirlər bimürüvvət xəlq əra,

Həq bilir insafsız olmaz bu məhrulər kimi.

 

Razi-pünhanım mənim bu əşki-qəmmaz etdi faş,

Ondan ötrü bəs gözümdən düşdü bədgulər kimi.

 

Sineyi-suzanımı ta tutdu eşqin aşiyan,

Yandı canım hər zaman məcmərdə xoşbulər kimi.

 

Ta olubdur xatirim, ey gül, xəyalın məskəni,

Düşmüşəm bir dərdə kim, incəlmişəm mulər kimi.

 

Gər soruşsan halimi, lütf ilə, ey namehriban,

Nalə çəkməkdir işim hicrində qarğulər kimi.

 

Sən ki, yandırdın məni, gördüm, Nəbati, aqibət

Başını meydan əra düşmüş qəzəlgulər kimi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info