Qonaq Kitabı
Nisbət sənə”™ ey şux, Züleyxa ola bilməz

Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz,

Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.

 

Ahuyi-Xütən səndən alıb tərzi-nigahı,

Gülbərgi-ləbin tək güli-həmra ola bilməz.

 

Etmən gözünü nərgisi-şəhlayə bərabər,

Zülfi-siyəhin tək şəbi-yəlda ola bilməz.

 

Can nəqdinə bir busa kərəm qıl, səni tari,

Dəxi demə “əl çək” ki, bu sevda ola bilməz.

 

Məndən sənə icz eyləmək olsun gecə-gündüz,

Səndən mənə hey naz ki, haşa ola bilməz.

 

Bəs ki, məni görcək mənə vəhşi kimi baxdın,

Indi dəxi Məcnun mənə həmta ola bilməz.

 

Çox eşqə düşən aşiqi-biçarəni gördüm,

Heç biri Nəbati kimi şeyda ola bilməz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info