Qonaq Kitabı
Olmadı mümkün edim halımı cananə ərz

Olmadı mümkün edim halımı cananə ərz,

Mur nə qism eyləsin şahi-Süleymanə ərz.

 

Tab ola gər aşiqə yar üzün görməyə,

Şəm’ə edər hər gecə dərdini pərvanə ərz.

 

Surəti-divar tək olmasa gər lalü məhv,

Dərdin edər yarına aşiqi-divanə ərz.

 

Badi-səba, fəsli-gül gülşənə etsən xuram,

Hali-pərişanım et sünbülü reyhanə ərz.

 

Şə’şəeyi-arizin aldı gözümdən şüa’,

Qoymadı halım edim ol məhi-tabanə ərz.

 

Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd,

Halın onun kim edə Rüstəmi-dastanə ərz?

 

Gərdişi-çərxi-fələk olmasa kamımca gər,

Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz.

 

Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda,

Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.

 

Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf,

Dadi-dilin etgilən sureyi-Imranə ərz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info