Qonaq Kitabı
Eşq camından içən kimsənə huşyar olmaz

Eşq camından içən kimsənə huşyar olmaz,

Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.

 

Qorxu bilməz, eləməz şahü gədadən pərva,

Məst-məstanə gəzər, kağəzü tumar olmaz.

 

Buteyi-hicrdə bülbül kimi əfğanə gəlir,

Qeysi-biçarə kimi vəslə xəridar olmaz.

 

Tərk edər ləzzəti-dünyanı, keçər canından,

Sikkəni dağ qılar, talibi-dinar olmaz.

 

Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa,

Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.

 

Alışı şəm, kimi, odlaşı pərvanə kimi,

Can verər yarə, Nəbati kimi biar olmaz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info