Qonaq Kitabı
Satiya, dur dolanım başına, gəl dövranə

Satiya, dur dolanım başına, gəl dövranə,

Cami-zərrini götür, bircə dolan məstanə.

 

Tari-zülfün kimi sən ki, məni bican elədin,

Gətir ol ruhi-rəvan ilə məni bir canə.

 

Görməsin özgə gözəllər məni Məcnuni məgər,

Salıb ol kafəri-birəhm məni zindanə.

 

Eşqdən gör nə əcəb nəf’ə yetişdim, vəh, vəh!

Aqili-əsr ikən etdi məni divanə.

 

Qorxma nirani-fəraqın şərərindən, ey gül,

Sidqilən tut üzünü bircə şahi-Mərdanə.

 

İsmi-ə’zəm deyilən ismi-Əlidir, billah,

Gəzmə bica yerə Nəsnas kimi hər yanə.

 

Etməz iqrar, Nəbati, bu sözə zahidi-dun,

Gəlməz imanə yəqin and içəsən qur’anə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info