Qonaq Kitabı
Sərməst yıxıldım genə meyxanələr içrə,

Sərməst yıxıldım genə meyxanələr içrə,

Oldum genə rüsva neçə fərzanələr içrə.

 

Yaxdım oda səccadəvü dəstarü ridanı,

Bir ad elədim mən dəxi pərvanələr içrə.

 

Ey şuxi-pəritəl’ətü,ey sərvi-güləndam,

Gəzmə, səni tari, belə biganələr içrə.

 

Ol nərgisi-məstin nə füsungərdı, xudaya,

Saldı məni Məcnun kimi divanələr içrə.

 

Gəl, ver mənə bir cam də, ey saqiyi-gülfam,

Ta məst yazım bu sözü əfsanələr içrə.

 

Billah, bu büti-lalərüxün yoxdu nəziri,

Baxdım neçə min surətə butxanələr içrə.

 

Ol gənci-xəfidən bir əsər bilmədim axir,

Canım çürüdü heç yerə viranələr içrə.

 

Ey kövsər üçün ah çəkən zahidi-əbləh,

Meyxanədə gəl gör onu peymanələr içrə.

 

Qəvvas kimi qutə vurub bəhrə Nəbati,

Ol gövhəri istər tapa dürdanələr içrə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info