Qonaq Kitabı
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!

Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!

O cami-lə’lfam ilə bu xamı bir xumar eylə!

 

İrəm bağın tamaşa eylədim deyri-müğan içrə,

O darül-eyşi sən, yarəb, həmişə laləzar eylə.

 

Vərə, vaxtı deyil, zahid, bu təsbihi qoy əldən bir,

Gətir səcaddəni, ver meyfüruşə bir qərar eylə!

 

Ləbi-meyguni-saqi, sağər ilə həlqeyi-rindan,

Bu cə’min içrə, yarəb, sən məni bir meygüsar eylə.

 

Qüruri-ruzə xüşk etmiş səni, zahid, nə qafilsən,

Bu təzvirü riyadən keç, xudadən bircə ar eylə.

 

Bəhəmdillah, gözün var, kor deyilsən, cənnət istərsən,

Qədəm qoy xərabatə səhərdən, bir nahar eylə.

 

Nəbati, aşiqəm mən rindlər bəzmindəki halə,

Bəli, billah, bu qövmün itlərinə can nisar eylə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info