Qonaq Kitabı
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə

Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,

Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.

 

Bir özgə hacətim yoxdur, vəli mütaqi-didarəm,

Nolur bax bir nəzər bu aşiqi-Məcnuni-şeydayə.

 

Şəbi-yəlda deyib, həsrət çəkib, qan-yaş tökən zahid,

De, eşşək, kor deyilsən, baxsan ol zülfi-çəlipayə!

 

Əgər arifsən, anlarsan, nə lazım kəşfi-hal etmək,

Məni bir gözləri cadu salıb bu şurü qovğayə.

 

Sizə məndən əmanət, ey cavanlar, mən ki ta getdim,

Vəlakin siz heyifsiz, düşməyin bu qanlı sövdayə.

 

Nəbati, çox cəfa çəkdin, muradın olmadı hasil,

Yeri, pirindən al hümmət, yapış damani-mövlayə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info