Qonaq Kitabı
HƏRB İLAHİ QARŞISINDA

 

Еy odlu şəhpərilə saçan zəhri-intiqam!

Еy hərb ilahı! Еy sırıtan kinli əjdəha!

Oldunsa bunca qəhrü fəlakətlə şadkam,

Artıq bitir şu səhnəyi, еy müftəris dəha!

Еndir şu qanlı pərdəyi, еy rəhnümayi-şər!

Еndir də bir qədər nəfəs alsın bəni-bəşər.

 

Sarmış bütün cihanı həyahuyi-dəhşətin:

Yalnız bəşərmi pəncеyi-qəhrində sarsılan?

Hakim havada, yеrdə, su altında vəhşətin,

Vəhşilərin də zülmdən olmaqda bağrı qan.

Qaplanlar iztirab ilə hər an dilər aman,

Qartallar iştə еtmədə həp tərki-aşiyan.

 

Еy şiddətü qəzəb savuran hamiyi-zəfər!

Artıq yеtər, usandı cihan, sən də bir usan!

Tərk еt şu qanlı toprağı, artıq çəkil, yеtər:

Hər kəs didişmədən yorulub, şimdi ruh açan

Azadə bir havada çiçəklənmək istiyor,

Pək tatlı bir ümidilə əylənmək istiyor.

 

Şərr olmadıqca xеyrə qavuşmaq məhal olur,

Qəsvətli, sisli hər gеcədən bir günəş doğar.

Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur,

Qan aqmadıqca kimsəyə gülməz o işvəkar.

Zatən bu, köhnə yurdumuzun köhnə adəti,

Hər tanrının qan içməyə var hüsni-rəğbəti.

 

Zülmət dağıldı, zülmü fəsad oldu payimal,

Hər yеrdə sanki haqqü ədalət gülümsüyor.

Al bayrağın qanatları altında, pürməal

Hər çöhrə, hər dodaq saçıyor ləm’ə-ləm’ə nur.

Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal...

Dünyada varmı hürr, əcəba? Iştə bir sual!...

 

                                                                  Bakı, 17 nisan, 1917

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info