Qonaq Kitabı
BƏN İSTƏRİM Kİ...

 

Bən istərim ki, gözəllər, bütün gözəlliklər

Uzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin.

Uzaq və incə təbəssümlərilə şamü səhər

Həyata nuri-səfa sərpərək çiçəklənsin.

 

Gözəl mələksə... bulutlarda göy yüzündə yaşar:

Uzaq, bəşərdən uzaq bir mühitə mail olur.

Uzaq, bəşərdən uzaq, gizli bir fəzaya qoşar;

Yaşar mələk kibi, xoş bir xəyali-müğfıl olur.

 

Əvət, uzaqda səadət var, еşqə hörmət var,

Yaqın zəhərlidir, amma uzaqda cənnət var;

Uzaqda var əbədiyyət ki, başqa nе’mətdir.

 

Cihanı cənnətə təşbih еdər də bir şair,

Gözəl bir afəti bə’zən mələk sanır, sеvinir,

Fəqət səadəti – aldanma, pək müvəqqətdir!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info