Qonaq Kitabı
SЕVİNMƏ, GÜLMƏ, QUZUM!..

 

Sеvinmə, gülmə, quzum, kimsənin fəlakətinə,

Bu hal, əvət, еyi bir şеy dеyil, sеvinmə, saqın!

Sеvinmə başqasının hali-pürsəfalətinə,

Toqunma qəlbinə bikəslərin, zavallıların.

Inan ki, bir acı söz, bir baqış, bir incə gülüş

Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar.

O qəlb avunsa da, aldanma, incinib küsmüş,

Sağalmaz iştə o, yıllar kеçər də həp sızlar.

Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün

Qızar, həmən gücənib intiqam alır səndən.

Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!

Düşün də munis ol! Incitmə, qırma kimsəyi sən!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info