Qonaq Kitabı
GÖYƏRÇİN

 

Göyərçinəm, göyərçin,

Kəkilim vardır çin-çin.

Ellər məni bəsləyir,

“Uğurlu quşdur”, - deyir.

Sülhün bir rəmziyəm mən.

Canlı göyərçinlərdən

Ancaq mən çox fərqliyəm,

Əlimdə kağız, qələm,

Başımda fikir, ağıl,

Yazıram şer, nağıl;

Arabir də hekayə,

Oxuyan alır ibrət.

Gözəl şəkillərim var,

Böyük əməllərim var.

Uşaqlar sevir məni

Səsim tutub ölkəni.

Indi bilin, balalar,

Nə istəsəz, məndə var.           

                                       1959

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info