Qonaq Kitabı
KOLXOZ BAĞINDA

 

Baharda, yay çağında,

Bizim kolxoz bağında,

Yaşıllanır ağaclar,

Çiçək açıb verir bar.

Ağaclara çıxırıq,

Dadlı meyvə yığırıq.

Işləyirik həvəslə,

Oxuyuruq bir səslə:

Oğlan, gəlin, qız, kişi,

Birgə görürük işi.

Meyvə artır, bol olur,

Hər çeşid məhsul olur.

                                        1948

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info