Qonaq Kitabı
BAHAR

 

Uğur olsun, gözəl bahar,

Səni ellər çox arzular.

Ayaq basdın ölkəmizə,

Şənlik, sağlıq gətir bizə.

Qoy sel kimi yağsın yağış,

İnəyini sağsın yağış.

Sellər axsın, çaylar daşsın,

Sevincimiz başdan aşsın.

Çatır-çatır yansın ocaq,

Qoy şənlənsin oğul, uşaq.

Çöllər, sünbül saçlı əkin,

Parıldasın qızıl təkin.

Dağlar bəzək vursun yenə,

Quşlar məclis qursun yenə.

Dağda, bağda axşam, səhər,

Ətir saçsın bənövşələr.

Həvəs, maraq gəlsin bizə,

Çalışaq öz dərsimizə.   

                                      1947

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info