Qonaq Kitabı
QIŞIN NƏĞMƏSİ

 

Saqqalı ağ, saçı ağ,

Əlində zorba çomaq

Gəldi qocalmış baba,

Şaxta baba, qıç baba.

Gurladı boğnuq səsi,

Uğuldadı nəğməsi:

“Ay uşaqlar, mən qışam,

Burda mənzil salmışam.

Mən gələndə yağar qar,

Onu sevər uşaqlar.

Qardan adam yaparaq,

Oynarlar qar topalaq

Soyuq qış axşamında,

Isti ocaq başında

Nağıl deyər nənələr,

Qulaq asar nəvələr”...

Çöldə ayaz, boran, qar,

Qışıpn da bir dövrü var.        

                                          1946

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info