Qonaq Kitabı
MƏKTƏBLİLƏR MARŞI

 

Biz maarif cəbhəsinin

Alnı açıq əsgəriyik.

Biz həqiqət səhnəsinin

Köksü polad səfləriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordudu.

 

Arş, irəli, durma, sakın,

Var günəşə doğru axın.

Zülmət sönür, mənzil yaxın.

Biz sabahın rəhbəriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordusu.

 

Sevilmlidir şən yurdumuz,

Müzəffərdir gənc ordumuz.

Düşməndən yoxdur qorxumuz,

Qızıl əsrin ülkəriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordusu.

 

Məktəbimiz ürfan bağı,

Əmək yurdu, nur ocağı,

Bilik, səadət qaynağı,

Biz inqilab ərləriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordusu.          

                                     1936

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info