Qonaq Kitabı
UŞAQ BAĞÇASI

 

Səhər bağça şənlənir,

Bir-bir uşaqlar gəlir.

Dolu otaq, artırma,

Ucalır hey səs-səmir.

Müdirə, mürəbbiyə,

- Ay, xoş gəldiniz, - deyə

Uşaqlara yanaşır,

Şirin-şirin danışır.

 

Odur Solmazla Azər

Evlərindən gəlirlər.

Azər çəkib özünü,

Soyunub paltosunu

Asır dərhal çəngələ.

Solmaz körpədir hələ.

Çəngələ çatmır əli.

Açılıb şirin dili

Azərə deyir Solmaz:

Paltomu çəngəldən as!

 

Solmaz deyir: Ay Azər,

Çəngələ bax, nə qədər?..

Hər çəngəldə bir şəkil:

İt, dovşan, avtomobil...

Sən say bu şəkilləri,

Mən də ki, çəngəlləri.

Saydı onlar əlbəəl:

Qırx şəkil, qırx da çəngəl.

Azər dedi: - Solmaz, bax,

Bağçada var qırz uşaq.

 

Pişik olsun səninki,

Avtomobil mənimki.

Həsəninki ayroplan,

Sevilinki boz dovşan.

Nə çox şəkil var gerçək!

Qoyun, toyuq, at, eşşək...

 

Sevil, Həsən bu zaman

Şad girdilər qapıdan.

Sevil girib içəri,

Gəldi bir az irəli,

Qaldırdı sağ əlini

Açdı şirin dilini:

- Mürəbbiyə, mən hazır!

- Cumul Həsən də hazır!

Güldü uşaqlar birdən,

Mürəbbiyə oldu şən.

Qucaqladı Sevili,

Şən qızı, şirin dili.

 

Çay içməkçin bir azdan

Düzüldü neçə fincan:

Ağ, sarı, göy, qırmızı.

Bu şad etdi Solmazı.

O götürdü göy fincan.

Üstündə bir boz dovşan.

Xeyli baxdı doymadı,

Fincan ilə oynadı.

Çayı dağıtdı birdən,

Tez sıçradı yerindən.

Qorxusundan ağladı,

Gözündən yaş çağladı.

 

Oyuncaqlar paylandı,

Şirin oyun başlandı.

Coşdu bütün otaqlar,

Burda hər nə desən var:

Azər paraxod çəkir,

Həsən, Sevil ev tikir.

Çəkic əlində Aslan

Buruq tikir ağacdan.

Solmaz əlində kukla

Oynayır tək onunla.

 

Oyun getdikcə qaynar,

Doymaq bilmir uşaqlar.

 

“Saat oldu on iki”,

Söylədi mürəbbiyə:

- Uşaqlar iki-iki

Düzülünüz cərgəyə.

 

Düzüldü sıra:

Həsənlə Kübra,

Solmazla İsgəndər,

Sona Azərlə.

 

Almaz ilə Heydər,

Fatma Əkbərlə,

İldırım Gülüşlə

Tutdu əl-ələ.

Solmaz çox kiçikdir

Düşüb arxaya,

Dəstə sevinclə gedir

Böyük bağçaya.

 

Orda bir hovuz var

Dörd yanı çiçək.

Üstündə oynaşır.

Durna, qaz, ördək.

 

Solmaz qalır dala,

Təkrar yügürür,

Baxır sağa, sola,

Çox şeylər görür.

 

Oxuya-oxuya

Gedirlər onlar,

Hovuzlu bağçaya

Çatdı uşaqlar.

 

Bu təmiz havada

Gəzişdi dəstə,

Oynayıb bağçada

Qızışdı dəstə.

 

“Saat oldu düz iki”

Sözlədi mürəbbiyə:

- Uşaqlar iki-iki



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info