Qonaq Kitabı
KƏPƏNƏK

 

Mənəm qanadlı çiçək,

Adım isə kəpənək.

Al-əlvan xallarım var,

Qızıl kimi parıldar.

Qanadımı açaram,

Budaq-budaq uçaram.

Yuvam, otağım ancaq,

Olur yaşıl bir yarpaq.

Mənim dostumdur hər gül,

Incə telli göy sünbül.

Oynağımdır çöl, çəmən,

Məni tutmaq istəyən,

Ey mehriban uşaqlar,

Siz yaşayın bəxtiyar.

Mənim də bu dünyada

Bir başqa aləmim var.  

                                     1928

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info