Qonaq Kitabı
ARI

 

Arıyam, zəhmətkeşəm,

Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,

Gözəl qoxu saçınca,

Uçaram göy yamaca,

Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,

Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,

Pətəyimə tökərəm.

Çalışaram doqquz ay,

Hamı məndən alar pay.

Balımdan qoy yesinlər,

Mənə “sağ ol” desinlər.

                                        1928

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info