Qonaq Kitabı
ZANBAQ

 

Zanbağam mən, zanbağam,

Ay işığından ağam.

Açdığım hər ağ çətir

Ətrafa yayır ətir.

Ağ atlazdan donum var,

Gümüş kimi parıldar.

Mən də gözəl çiçəyəm,

Toxunma, ağ ipəyəm.  

                                     1928

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info