Qonaq Kitabı
QƏRƏNFİL

 

Qərənfiləm mən,

Gözəl güləm mən.

Yaşıl saplaqlı

Bir sünbüləm mən.

 

Mən, bağban qızı

Bağın ulduzu,

Rəngim ağ, sarı,

Al və qırmızı.

 

Gəl saxla ayaq,

Durma gendən, bax.

Gəlsəm xoşuna

Dər, döşünə tax.

                              1928

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info