Qonaq Kitabı
DƏMİRÇİ

 

Yan ocağım, durma, yan!

Təndir kimi alovlan.

Qızart bu pak dəmiri,

Qalma günəşdən geri.

Qığılcım saç hər yana,

Cansızlar gəlsin cana,

Bağım, tarlam güllənsin,

Bülbüllərim dillənsin.

Şənlənsin tarla, çəmən,

Sevinsin ana Vətən.     

                                    1928

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info