Qonaq Kitabı
UŞAQ VƏ BƏNÖVŞƏ

 

Uşaq

Söylə, söylə, gözəl bənövşəciyim!

Hələ bağlarda gül əzəl, bənövşəciyim,

Açmısan gül bu bağçalarda nədən?

 

Bənövşə

Zinnətim yox, nə gizləyim səndən,

Başqa güllər içində yoxdur adım.

Onlar ilə bərabər açsam mən,

Kimsə gəlməz mənə yaxın bir addım.       

                                                            1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info