Qonaq Kitabı
PAYIZ

 

Payız olur, əsir soyuq küləklər,

Solur dağda, çöldə əlvan çiçəklər.

Gecələr uzanır, günlər qısalır,

Göy üzünü qara buludlar alır.

Yağış yağır, duman çökür çöllərə,

Inildəyir çayır, çəmən, dağ, dərə.

Ağaclarda nə meyvə var, nə yarpaq,

Bağ-bağçalar olmuş bütün çır-çılpaq.

Quşlar uçub dəstə-dəstə gedirlər,

Isti yerə köçüb qışlaq edirlər.

                                                 1907

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info