Qonaq Kitabı
QUZU

 

Bir obada körpə quzu

Mələr-mələr, qaçar düzü,

Anasını arar gözü.

Dedim: - Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

 

Gün əyildi, çökdü duman,

Sürü qayıtdı otlaqdan;

Səs-küy ilə doldu hər yan.

Dedim: - Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

 

Qoyunları çoban yığar,

Fatı xala gəlib sağar,

Quzum mələr, durub baxar.

Dedim: - Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

 

Anasını quzum görər,

Ayaqların yerə dirər.

Məməsin tapıb əmər.

Dedim: - Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

 

Quzum çıxdı göy otlağa,

Yanaşdı bir boz oğlağa,

Çıxdı onunla oynağa.

Dedim: - Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.      

                                          1906

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info