Qonaq Kitabı
OVÇU MƏSTAN

 

Deyirlər bir Məstan varmış,

Aslan da ondan qorxarmış.

Bir toppuzmuş hər pəncəsi,

Poladdanmış qoç gövdəsi.

Gözləri odlu şimşəkdi.

Qəlbi qara daşdan bərkdi.

Dişləri neştərdən iti,

Baltadan, xəncərdən iti.

Bilirdi ki, var qüvvəti,

Istədi artsın şöhrəti.

Pişiklərə ovçu Məstan

Özünü elan etdi xan.

Məstan xan acmışdı yenə,

Düşdü bir gün ov fikrinə.

Bığlarını bura-bura,

Toz-torpağı yara-yara

Düşdü çaxır anbarına;

Diqqətlə baxdı hər yana.

Bir küp yanında tələsik

Tez gizlənib çəkdi keşik.

Çox çəkmədi, yuvasından

Atıldı bir zorba siçan.

Doyunca içdi çaxırı,

Açıldı birdən paxırı,

Dedi: - Kimdir ovçu Məstan?

Mənim qorxum yoxdur ondan.

Indi düşsəydi əlimə,

Keçirərdim çəngəlimə.

Əzib suyun çıxardardım,

Cəmdəyini parçalardım.

Düşmən görərdi gücümü,

Ondan alardım öcümü!..

Məstan pəncəsini atdı,

Dişlərini qıcırdatdı,

Dərhal tudu o siçanı,

Az qaldı ki, çıxsın canı.

Siçan durdu yalvarmağa:

- Rəhm et mənə, Məstan ağa.

Bir az şərab içdim düzü,

Ağla sığmaz sərxoş sözü.

Hər nə dedim, tamam yalan,

Bağışla, keç günahımdan.

Myoldayıb dedi Məstan:

- Kim əl çəkər belə ovdan?

Sonra caynağında tutdu,

Dişiylə çeynəyib uddu.

Myo-myo edə-edə

Ox tək atıldı həyətə.

 

Onu görüncə boz köpək,

Gözlərində çaxdı şimşək.

Hürə-hürə saldı şivən,

Atıldı üstünə birdən.

Əldən verməyib fürsəti

Məstan cırmaqladı iti.

Sonra da cəld qaça-qaça

Tez dırmaşdı bir ağaca.

It şöngədi quru yerdə,

Acığından düşdü dərdə.

Gözünü dikdi Məstana,

Bərkdən hürdü yana-yana.

Üst budaqda Məstan isə

Güldü bu yanıqlı səsə.

Birdən gördü ovçu Məstan,

Göydə qanad çalır tərlan;

Hazırlaşır cumsun ona,

Keçirsin öz caynağına.

Qorxu çökdü ürəyinə,

Elə bil ki, bir top iynə

Birdən gözlərinə batdı.

Cəld özünü yerə atdı.

Elə ki, o qalxdı yerdən,

It üstünü aldı birdən.

Dişlərini qıcırtdatdı,

Məstana bir pəncə atdı.

Düşmədi Məstan xan dara.

Ox tək atıldı anbara.

Düşdü yenə ov izinə.

Ancaq şimşəkli gözünə

Daha dəymədi bir siçan.

Acıqlandı ovçu Məstan.

Dedi: - Nə qədər ki, sağam

Siçanları qıracağam... –

Söylərkən bu sözü Məstan,

Yuvada bir qoca siçan

(Qocalmışdı, bir az kardı,

Pişikdən də çox qorxardı).

Tərsinə anladı sözü,

Şadlıqdan parladı gözü.

Toz-torpağı yara-yara.

Xəbər verdi siçanlara:

- Müjdə gətirmişəm, Məstan

Tökməyəcək bir daha qan.

Dedi: “Nə qədər ki, sağam,

Siçanları qırmayacam”.

Öz işindən peşimandır,

Indi dostumuz Məstandır...

 

Siçanlar çox sevindilər,

Gözlərindən uçdu kədər.

Quruldu şadlıq məclisi,

Gurladı musiqi səsi.

Səsləndi dəf, kamança, tar,

Əl qaldırıb oynadılar,

Dəf götürüb oxuyan kim,

Tar çalan kim, oynayan kim,

Bağırdı bir siçan: - Gərək

Bu dostluğu möhkəmlədək!

Ürəkdən dost olduq deyə,

Xonça tutaq Məstan bəyə.

 

Hamı razı oldu buna,

Xonça düzüldü yan-yana.

Bişirdilər plov, dolma,

Bozbaş, xəngəl və qovurma.

Alma, armud, şəftəli, nar,

Çini qablara qoydular.

Qalxdı yerdən yeddi siçan, -

Yeddi igid zor pəhləvan,

Hər birisi bir xonçanı



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info