Qonaq Kitabı
İSTƏKLİ NƏVƏM ÜLKƏRƏ

 

Bir gün səhər dalmışdım ulduzların seyrinə,

Gözləyirdim üzümə haçan gülər Ülkərim.

Mən ulduzlar içində ona çoxdan vurğunam,

Görününcə üzümə işıq səpər Ülkərim.

Iyulun əvvəliydi, ağarırdı dan yeri,

Baxdım göyə, göründü, verdi xəbər Ülkərim:

- Gözün aydın, bir nəvən oldu mənə bərabər.

Bu xəbərlə qəlbimdən sildi kədər Ülkərim.

Baxdım qızın üzünə, Ülkər qoydum adını,

Yerdə, göydə doğmuşdu iki səhər Ülkərim.                

                                                                          1958

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info