Qonaq Kitabı
VƏTƏNİM

 

Ey Vətən, ey gözəllərin gözəli!

Qəlbimin ey sevimli şah əməli!

Sel kimi hey coşur, daşır könlüm,

Səni azad, bəxtiyar görəli.

 

Səndədir mizrabı könül sazımın.

Çala bilməz onu yabançı əli.

Hüsnünün şöhrəti yaman artır,

Telinə al çiçəkləri düzəli.

 

Azərilər yolunda can qoymuş,

Basmısan bağrına sevimli eli.

Unudarmı səni bu mərd ellər,

Ey Vətən, ey gözəllərin gözəli?                 

                                                     1947

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info