Qonaq Kitabı
BAHAR

 

Əs, ey ətirli dan yeli,

Könül açan bahar gəlir.

Bənövşə, yan dara teli,

Bağa sevimli yar gəlir.

 

Bulud, gecikmə, düş yola,

Çəmənləri süpür, sula,

Səadət ilə qol-qola,

Könül açan nigar gəlir.

 

Məhəbbətin çırağıdır,

Yeri könül bucağıdır.

Sıxıntı, dərdi dağıdır,

Elə, günə tutar gəlir.

 

Günəşlə vermiş əl-ələ,

Üzü şəfəq saçır gülə,

Görüncə hüsnünü elə,

Sevinc gəlir, vüqar gəlir.

 

Baxın qanadlanan göyə,

Qaranquşa, qaz, ördəyə,

- Vətən, Vətən, Vətən, - deyə

Yenə qatar-qatar gəlir.           

                                      1945

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info