Qonaq Kitabı
TƏSADÜF

 

Gərdəni ağ qu kimi,

Incə beli mu[i] kimi,

Dəhri[ii] araşdırmışam,

Yox o səmənbu[iii] kimi.

 

Munis ona hər dəni[iv],

Sevmədə hər rəhzəni[v],

Gördümü ancaq məni,

Ürküyor ahu kimi.

 

Keçdi bahar günlərim,

Gəldi xəzan inlərim.

Bu gedişi dinlərim,

Ömr axıyor su kimi.

 

Hər şeyim olmuş talan,

Qəlbimi yoxdur alan,

Xatirələrdir qalan

Həp mənə uyğu[vi] kimi.           

                                          1925

 



[i] Tük.

[ii] Dünyanı.

[iii] Yasəmən qoxulu.

[iv] Dəli.

[v] Qulduru.

[vi] Yuxu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info