Qonaq Kitabı
MÖHTƏRƏM NƏRİMANBƏY NƏRİMANOV CƏNABLARINA

 

Nişan qoymusan, eşitdim, xeyr olsun.

Dan ulduzu kimi bəxtin durulsun.

Yaşa, yeni yoldaşınla çox yaşa,

Bu dünyanı rahətliklə vur başa.

Fırtına, tufanlardan sonra əlbət,

Gözəl olur sakitlik, istirahət,

Yox, sən rahətlik sevməyən atəşsən,

Əriyəcək qəhrinlə müdhiş düşmən.          

                                                           1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info