Qonaq Kitabı
HAMIMIZ BİR GÜNƏŞİN ZƏRRƏSİYİK

 

Əsrlərdən bəri zülmə alışan,

Qan içən, qan qusan, ey şər insan!

Aldımı qəlbinizi qisvəti-şum?[i]

Yakdımı ruhunuzu badi-səmum?

Görünürmü sizə xoş qanlı həyat?

Unudulmuş bəşəriyyət, heyhat!

Hamımız bir yuva pərvərdəsiyik!

Hamımız bir günəşin zərrəsiyik!

Ayırmaz bizləri təğyiri-lisan,

Ayırmaz bizləri təbdili-məkan.

Ayırmaz bizləri incil, Quran,

Ayırmaz bizləri sərhəddi-şəhan[ii].

Ayırmaz bizləri ümmanü mühit,

Ayırmaz bizləri səhrayi-bəsit[iii].

Ayırmaz bizləri həşmətli cibal,

Ayırmaz şərq, cənub, qərb, şimal.

Yetişər kinü ədavət daşımaq,

Qoxumuş məzhəblərdə yaşamaq

Uzadın dəsti-üxüvvət[iv] sıxalım.

Rişeyi-zülmü, nifaqı yıxalım!

Qəlbimizdə yaşasın möhrü vəfa.

Verəlim bir-birinə dəsti-vəfa[v].                  

                                                      1910

 

 



[i] Pis, bəd, sərtlik.

[ii] Şahların sərhədi.

[iii] Geniş səhralar.

[iv] Dostluq əli.

[v] Vəfa əli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info