Qonaq Kitabı
İKİ QARANQUŞ

 

Kür kənarı, səhər, gözəlcə hava,

Bürünüb, yamyaşıl çəmən, səhra.

Oyanır çöl, çayır, bayır, dağlar,

Dərələrdən gümüş sular çağlar.

Saçılır tel-tel al şəfəqli işıq,

Oxşayırdı təbiəti yaraşıq.

Iki yolçu – sevimli qırlanğıc[i]

Bir budaqda ötürdü hey “vic-vic!”.

Mən də gəlməklərin edib təbrik,

Oldum onlarla zövqü şövqə şərik:

“Ötüşün, quşcuğazlarım, azad.

Eləyin müjdə ilə könlümü şad.

Çox uzun sürdü ayrılıq və səfər,

Oralardan gətirdiniz nə xəbər?”                

                                                     1909



[i] Qaranquş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info