Qonaq Kitabı
DAĞLAR

 

Çeşməli yaşıl dağlar,

Yazdır, gül, açıl, dağlar.

Başın otdur, çiçəkdir,

Ətrin ətək-ətəkdir.

Havan xoş, suyun sərin –

Arın, kəpənəklərin

Budaq-budaq uçur şən,

Bal, mum tutur güllərdən.

Çörəyim, bişir sacda,

Sürüm, otlar yamacda.          

                                       1908

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info