Qonaq Kitabı
YAD ET

 

Vəqta ki gülər bahari-amal,

Hər yerdə yaşıllanır çəmənlər.

Vəqta ki, olar müsaid iqbal

Bülbüllər ötər, susar zəğənlər[i],

Parlaq bir işıq alar fəzanı,

Dünyanın üzü dönər cinanə,

Gəzdikcə o aləmi-ziyanı,

Baxdıqca o gülşəni-cəhanə,

Yad et, məni – şairanə yad et!

 

Vəqta ki, gələr sevimli ati,

Bir dairəyə girər həqayiq.

Nuru bürüyər bütün cihati[ii].

Ulduzlar ilə yanar məşariq[iii].

Vəqta ki bulud, duman görünməz.

Qalmaz daha zülmdən nişanə,

Yerlərdə bəşər üzü sürünməz,

Qurd-quş sığınar bir aşiyanə,

Yad et məni – Şaiqanə yad et!

 

Atəşli, münir[iv] əməllərimlə,

Bir gün düşərəm soyuq məzarə.

Əş-ari-təranəpərvərimlə

Bir gün susaram dönüb qubarə[v].

Vəqta ki bu şairi-vətəndən

Dünyada nə iz qalar, nə bir nam,

Üzdükcə səadət içrə şən-şən.

Sürdükcə dəmadəm ömrü-xoşkam,

Yad et məni – qaibanə yad et!                  

                                                     1908

 

 



[i] Qara qarğalar.

[ii] Tərəfləri.

[iii] Şərqlər.

[iv] Parlaq.

[v] Toza.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info